Bakı Sağlamlıq Mərkəzində ölkə üzrə covid-19 virusuna qarşı ilk peyvəndlərin vurulmasına başlanıldı

Bu gün Bakı Sağlamlıq Mərkəzində ölkə üzrə covid-19 virusuna qarşı ilk peyvəndlərin vurulmasına başlanıldı. Mərkəzimizdə Səhiyyə naziri Oqtay Şirəliyev və nazirin iki müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı və qurumların məsul əməkdaşları koronavirusa qarşı peyvənd olundular. Vaksinasiya prosesindən sonra cənab nazir çıxışında bildirdi ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın səyi nəticəsində Azərbaycan qabaqcıl ölkələr sırasına qatılıb və ilk vaksinasiya olunma prosesinə başlanılıb. Hazırda mərkəzimizdə və Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir. Vaksinin bir neçə ölkələrdə kliniki sınaqlardan keçib və heç bir yerdə fəsadı olmamışdır. Sonda Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov vaksinasiya prosesi və işin təşkili barədə KİV nümayəndələrinin suallarını cavablandırdı.

Diqər xəbərlər